Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək Portuqaliyanın "Sportinq" klubunun ev oyunlarını keçirdiyi "Joze Alvalade" stadionunda 3 min yer boş qalacaq.
Sportal.az xəbər verir ki, bu, UEFA-nın Lissabon təmsilçisinə verdiyi cəza ilə bağlıdır. Ötən mövsüm Avropa Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə cavab oyununda (1:0) yerli azarkeşlər görüşün hakimlər briqadasına yad cisimlər atmışdılar. UEFA hadisəyə sektorlardan birinin bir oyunluq bağlanmasına qərar verib.
Bununla bağlı bəyanat yayan “Sportinq” klubu azarkeşlərinə səslənib: “Klubun bütün üzvləri və azarkeşləri tam olaraq dərk etməlidirlər ki, kobud ictimai davranışlar bizə ciddi zərər verə bilər”.
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi