Millimizin üzvü yiyəsiz qalıb: "Mənimlə müqavilə imzalanmadığını anlaya bilmirəm"

12:56 - 18 Sentyabr 2018

"Formamı saxlamağa çalışıram. Üzərimdə çalışıram, fərdi məşğul oluram".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin sabiq üzvü Tuğru Erat deyib. Almaniya II Bundesliqasında çıxış edən "Duysburq"dan ayrılan yarımmüdafiəçi hazırda klubsuzdur. Erat yeni klub axtardığını deyib: "Məni "Union Berlin" həqiqətən də transfer etmək istəyirdi. Məndən başqa bir neçə azad agent statusu daşıyan futbolçu düşərgəyə qoşulduq. Son qərarı isə baş məşqçi verdi. Mənimlə nə üçün müqavilə imzalanmadığnı anlaya bilmədim".

 

Qeyd edək ki, 26 yaşlı futbolçu Düsseldorf "Fortuna"sının yetirməsidir. Erat U-21 və əsas millimizin üzvü olub.

Xəbər xətti