Ayaz Quliyev Premyer Liqanın rəmzi heyətində FOTO

13:27 - 31 Oktyabr 2018

Rusiya Premyer Liqasında 12-ci turun rəmzi komandası açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, "Rostov"un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də simvolik heyətdə yer alıb. Rusiyanın U-21 millisinin üzvü "Anji" ilə oyundakı (1:0) performansına görə, heyətə düşüb.

 

Ayaz, həmçinin, turun ən yaxşısı oyunçusu seçilib.

 

Qeyd edək ki, "Rostov" Premyer Liqada 21 xalla 4-cüdür və lider "Zenit"dən 7 xal geri qalır.

 

Xəbər xətti