Nani: "Bakıda "Benfika" ilə oynamaq maraqlı olardı"

"Finala çıxmaq gözəl olardı, amma ayağımızı yerə möhkəm basmalı və şüurlu olmalıyıq. Hər oyunu qazanaraq, nə qədər irəli gedəcəyimizi görəcəyik. Əlbəttə, Bakı Olimpiya Stadionunda "Benfika"ya qarşı oynamaq xoş və maraqlı olardı. "Benfika"nın və bizim final şanslarımızın nə dərəcədə mümkün olduğunu indidən demək düzgün olmaz. Onlar "Sportinq"in ən böyük rəqibidi. İdman belə oyunları sevir".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"a səfərdə 6:1 hesabı ilə qalib gələn "Sportinq"in kapitanı Luiş Nani deyib. Qollardan birinin müəllifi olan 32 yaşlı yarımmüdafiəçi hesabın böyük olmasının səbəbini açıqlayıb:

 

"Uğurlu çıxışa davam etməliyik. Baş məşqçimiz Keyzer bizimlə yeni işləməyə başlayıb. O, işinə ciddi yanaşan biridi. Komandamızda yeni ruh var. Tempi artırmaq, irəlidə dəqiq oynamaq və qol şanslarından maksimum yararlanmaq istəyirik. Bunu etdikcə komanda daha da böyüyür. Hesabın böyük fərqlə olmasına səbəb budu".

Tarix: 30 Noyabr [11:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio