Ramil Şeydayev: "Azərbaycanda inkişaf yoxdur" MÜSAHİBƏ

16:06 - 17 Yanvar 2019

Millimizin hücumçusu Ramil Şeydayev hələ də Rusiyanın "Krılay Sovetov" klubunda əsas heyət üzvü sayılmır. Lakin oyuna sonradan qoşulan forvard fəallığı ilə seçilir.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu "Voljskaya Kommuna"ya müsahibə verib.

 

- Noyabrdakı oyunda sənin ötürməndən sonra "Spartak"ın futbolçusu cərimə meydançasında əllə oynamışdı. O an hesabda öndə idiniz. Hakim isə penaltini vermədi sonda məğlubiyyətlə barışdınız. Nələri düşünürdün?

- Əsəbləşdim. Artıq o epizodu düşünməməyə çalışıram. Hakimlər onların oyunçusu kimi yanlış idi.

 

- Həmin matçdan sonra "Orenburq"la görüş şaxta səbəbindən təxirə salındı.

- Məncə, hər iki tərəf düz qərar verdi. Deyirlər ki, soyuqda camaat futbol oynayır, heç nə olmur. Ancaq bu oyun baş tutsaydı, Premyer Liqa səviyyəsində olmayacaqdı. Mənim 16-17 yaşım olanda qışda bütün matçları Sankt-Peterburqda mənfi 15-20 dərəcədə oynayırdıq. Ayağımıza paketlər keçiridik.

 

- Paket nədir?

- Bu çox yayılmışdı. Paket, yəni üst corab, çəkmələr. Ayağı isti saxlayırdı. 

 

- Ailəndə idmançı var?

- Babam Azərbaycanda gənc vaxtlarında futbol oynayıb. Daha sonra orduya qoşulduğu üçün futbolu dayandırmışdı. Əlbəttə, o, futbolçu olub. Bütün uşaqlar kimi küçədə oynamışam. Yəqin ki, hamı belə başlayıb. Atam məni futbola yazdırdı. İlk komandam güclü deyildi. Mən isə 9 yaşında "Zenit"in akademiyasına qəbul edildim və ikinci komandası ilə yanaşı, əsas heyətində də oynamışam.

 

- 20 yaşında "Trabzonspor"a üz tutdun. Rusiyada belə qərarı verən nadir hallarda gənc futbolçu olur.

- Bəli, Türkiyədən təklif aldım. İndi açıq söhbət edirik. Bunun ən yaxşı qərar olmadığını söyləyə bilərəm. Ancaq əməlimə peşman deyiləm, həmin vaxt özümə əmin idim. Həyat və karyera təcrübəsi topladım. Bu, asan deyildi. Orada az oynadım və ayrıldım.

 

Image result for ramil sheydaev

 

- Türkiyədə futbol necədir?

- Həyatın böyük bir hissəsi. Rusiya və Türkiyənin top klublarını misal çəksək, eyni azarkeş toplayarlar. Lakin ortabab və autsayderlərə nəzər salsaq, Rusiyada 1000, Türkiyədə isə 20 min azarkeş olur. Onlar futbolu dəhşət sevirlər. Oxuyurlar, bağırırlar, məşəllər yandırırlar. Komandaları uduzsa, hansısa futbolçunu saxlamalarını eşitmək mümkündür  Xoşbəxtlikdən belə şey görməmişəm. Ancaq meydanda həyəcanı hiss edirsən. Çox adam gələndə oynamaq gözəldir.

 

- Slovakiya karyeran necə alındı?

- "Trabzonspor"da çox az oynadım və "Jilina"ya icarəyə verildim. Çempionatlarının səviyyəsi Türkiyədən çox aşağıdır. Ancaq Slovakiya, Çexiya, İsveçdən çox futbolçu İspaniya və İngiltərə futboluna qalxır. Mənim də məqsədim bu idi. "Jilina"da çox oynadım və qollar vururdum. Çempion olaraq, Çempionlar Liqasına yollandıq. Ancaq biz "Kopenhagen"ə uduzduq. Bu yenilgidən sonra komandada dəyişikliklə baş verdi. Mən də getməli idim. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış Azərbaycanın "Qarabağ" klubunu seçdim. Onlara borcluyam. Əla vaxt idi!

 

Image result for ramil sheydaev

 

- Çempionlar Liqasının himnini eşitmək necə hiss idi?

- Bu, hər futbolçunun arzusudur. Çox əla! Azərbaycan komandası ilk dəfə idi ki, ÇL-də çıxış edirdi. Bir qarışıqlıq var idi. Komanda qruplara vəsiqə qazananda insanlar küçələrə axışmışdı. Olimipiya stadionunda üç oyunumuz oldu və bütün matçlarda arena doldu. "Çelsi", "Roma" və Avropa Liqasının gələcək qalibi "Atletiko" Bakıda meydana çıxdı. Onlara qarşı oynamaq yaxşı hiss idi. Mən də özümü yaxşı tərəfdən göstərmək istəyirdim. "Qarabağ" qrupda yaxşı çıxış etdi. "Qarabağ"dakı təcrübəmdən çox razı qaldım.

 

- Nə üçün "Qarabağ"da qalmadın və Rusiyaya qayıtdın?

- Azərbaycanla Rusiya futbolunun səviyyəsi eyni deyil. Orada artım yox idi. Mövsüm ərzində altı oyun keçirmək yanlışdır.

 

- "Krılya Sovetov"a necə keçdin?

- Mən bütün həyatımı Rusiyada yaşamışam. "Krılya Sovetov" komandasını, futbolçularını tanıyırdım. Təklif gələndə heç düşünmədim. Sözün düzü, gələndə düşünmürdüm ki, autsayderlər sırasına gedəcəyik. Bu vəziyyəti dəyişməliyik! Son turlarda təəssüf ki, yaxşı oyun bizə qələbə üçün kifayət etmir. Daha çox çalışmalıyıq. Mövsümün ikinci yarısında mütləq yüksələcəyik. Oyunumuzu sevirəm və fikrimcə, yuxarı qalxacağıq.

 

- Səni nadir hallarda meydanda görürük. Səbəb nədir?

- Yeni komandaya gələndə vaxt lazımdır. Hər tur üçün çox çalışıb, hazırlaşırdım. Uzun müddət oynamadım, amma ümidimi itirmədim. Çalışdım, məşq etdim. Şans alanda isə, görünür, özümü bir az göstərə bilmişəm. Buna görə də ardıcıl oyunlara çıxdım.

 

via GIPHY

 

 

- Azərbaycan millisinə dəvət alırsan. Bu komandanın perspektivi var?

- Əlbəttə, Azərbaycanda futbol yavaş-yavaş inkişaf edir. İrəli gedir, ancaq bunu düzgün istiqamətə çevirmək lazımdır. Hər kəs gözəl bilir ki, uşaq futbolundan başlamaq lazımdır. Struktur inkişaf etməlidir. Düşünürəm ki, tezliklə Azərbaycanda güclü futbolçular olacaq. Bəli, indiki komanda yaxşı çıxış edə bilər. Hər şey inanmdan asılıdır. Hamı üçün nümunə milli komanda var - İslandiya. Dünya və Avropa çempionatına qədər irəlilədilər. Özlərini dünyaya göstərə bildilər.

 

- AÇ-2020-nin seçmə mərhələsində şanslarınızı necə qiymətləndirirsən?

- Gerçəkdən Xorvatiya və Uelslə qarşılaşmaq istəyirdim. Bunlar böyük komandalardır. Bu millilərlə nə edəcəyimizi görmək maraqlıdır.

 

Image result for ramil sheydaev

 

- Deyəsən, Azərbaycan millisinin hücum xəttində amansız rəqabət var. Çünki sən son oyunlarda meydanda olmamısan.

- Bütün komandalarda rəqabət var. Bu, normal haldır. Biz çalışırıq, hər an hər şey dəyişə bilər. Klubda necə oynayacağımızdan çox şey asılıdır. Millinin məşqçiləri hazır futbolçuya ehtiyac duyur.

 

- Vətəndaşlığını dəyişib Azərbaycanı seçməyə səni nə vadar etdi? İndi də Rusiya Premyer Liqasında legioner statusu daşıyırsan.

- Mən bunu başa düşürdüm. Ancaq Premyer Liqada oynamaq üçün mübarizə aparmalısan, istəyirsən legioner, ya da yerli futbolçu.

 

- Yaxşı, səmimi ol, ürəyində özünü rus, yoxsa azərbaycanlı hiss edirsən?

- Atam və babam azərbaycanlıdır, mən də onlar kimi. Əslində, mən yarı rusam. Ancaq durum ataya görə verilir. Babam tərəf deyəsən, yarı rusdur. Mən Rusiya azərbaycanlısıyam. Mən həmişə belə düşünürdüm. Hətta Azərbaycan millisində çıxış etməmişdən əvvəl də belə düşünmüşəm. Azərbaycan dilində mükəmməl olmasa da, bilirəm.

Xəbər xətti