"Zirə" qələbə ilə başladı

19:01 - 18 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Bakıətrafı qəsəbə təmsilçisi Rumıniyanın "Voluntari" kluub ilə qarşılaşıb. Matç "Zirə"nin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, Samir Abasovun komandası Antalya toplanışı çərçivəsində Ukraynanın "Vorskla" (23 yanvar) və Makedoniyanın "Şkupi" (26 yanvar) klubları ilı yoxlama oyunu keçirəcək.

 

Yoxlama oyunu

18 yanvar

 

17:00. "Zirə" - "Voluntari" (Rumıniya) 1:0
Qol:
Pərdis Fərcad-Azad, 89 (pen.)

"Zirə": 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duventru, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 88. Tellur Mütəllimov.

 

Xəbər xətti