"Zirə"nin yeni transferi Bakıya gəlir

11:39 - 22 Yanvar 2019

"Zirə"nin razılığa gəldiyi Malavi millisinin hücumçusu Robin Nqalande bu gün Azərbaycana gələcək.

 

Sportal.az "times.mw" saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu viza problemi səbəbindən "Zirə"nin Antalya toplanışına qatıla bilməyəcək. Bu səbəbdən də o, Cənubi Afrika Respublikasından Bakıya üz tutacaq.

 

Qeyd edək ki, Nqalande son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 ay klubsuz qalıb. Robin Madrid "Atletiko"susunun C komandasında, həmçinin, "Ayaks Kayp Taun" və "Platinium Stars"da da forma geyinib.

Xəbər xətti