Cavid Hüseynov: "Meydanda pul amili rol oynamır" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ" səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Cavid Hüseynov jurnalistlərə müsahibə verib.

 

- Çox aqressiv oyundan sonra özünüzü necə hiss edirsiniz?

- Yorulduq. Düşünürəm ki, uşaqlar meydançada əziyyət çəkdilər. Əziyyətimizin bəhrəsin görmək istəyirdik. Deyiləsi söz yoxdur. Oyun baxımından rəqibdən geri qalmırdıq. Lakin alınmadı. Məğlub olmaq istəmirdik. 

 

- Ceyms Adeniyi qapıya zərbə endirmək istəmirdi. Bu da bir qədər qəribə görünürdü. Bunun səbəbi nədir?

- Başqa nəsə düşünmək istəmirəm. Oyun yeni başa çatıb, heç kimin fikirlərini öyrənməmişik. Neyə görə belə alındığını bilmirəm. Çünki Adeniyi epizodlardan yararlana bilən futbolçudur. Bu oyun isə alınmadı. Son anlarda dəqiq zərbələr alınmadı. Sonda məğlub olduq. 

 

- Matçın ədalətli nəticəsi heç-heçə idi?

- Məğlub olmaq istəmirdik. Heç-heçə oynasaydıq, yaxşı olardı. Özümüzü bir qədər toparlaya bilsəydik qol vuracaqdıq.

 

- Səncə, “Qəbələ” qış fasiləsindən sonra özünə gələ bilib?

- Bu gün “Qarabağ”a məğlub olmuşuq. Necə mübarizə apardığımızı, əziyyət çəkdiyimizi gördünüz. Sadəcə, belə alındı. 

 

- İkinci qolu çox erkən buraxdınız. Nə baş verdi?

- Növbəti hücumda qol buraxdıq. Sadəcə, top itkisindən sonra qapımızda ikinci qolu gördük. Birinci hissə heç-heçə başa çatsaydı, yaxşı nəticə əldə edə bilərdik. 

 

- Hakim idarəçiliyi barədə nə deyə bilərsiniz?

- Mən bu barədə danışaq istəmirəm. Kənardan necə oyun idarə olunduğunu gördünüz. Biz isə oyun zamanı futbol barədə düşünürük. Mən nəsə desəm, yalan olar. 

 

- Davit Volkov bu gün özünə bənzəmirdi. Bunun səbəbi nə ola bilər? 

- Davit çempionata yeni gəlib. Məsələn, ilk dəfə “Qarabağ”a qarşı oynayırdı. İlk oyunda yaxşı çıxış etmişdi, bu gün isə bir qədər zəif idi. Daha kəskin hücumlar edə bilərdi. Amma özünü göstərə bilmədi.   

 

- Əvvəlki illərdə müqayisədə “Qarabağ”la mübarizə apara bilmirsiniz.

- Bugünkü oyunda mübarizəni görmədiniz? Pis oynadığımızı düşünmürəm. 

 

- Əvvəlki illərlə müqayisədə “Qəbələ”nin büdcəsi çox azalıb?

- Kifayət qədər azalıb. 

 

- Çempionluğa oynamağınıza mane olan səbəb budur?

- Yox, təbii ki, bu deyil. Meydanda pul amili rol oynamır. Sadəcə, o da önəmli rol oynayır. 

 

- Milli komandaya yeni baş məşqçi təyin olunub. Bu, sizi daha yaxşı hazırlaşmağa sövq etmir?

- Əlbəttə, yeni baş məşqçi gəlib. Kimi bəyənsə, onu da milliyə dəvət edəcək. İndidən bu barədə danışmaq olmaz.

Tarix: 17 Fevral [20:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio