Azərbaycan - Litva oyununun biletləri satışa çıxarılır

00:42 - 2 Mart 2019

Martın 25-də Bakıdakı 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Litva yoldaşlıq oyununun biletləri martın 2-dən etibarən satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, saat 18:00-da başlayacaq oyunun biletlərinin qiyməti tribunalardakı kateqoriyalardan asılı olaraq 1, 2 və 10 AZN olacaq.

 

Biletləri alarkən şəxsiyyət vəsiqəsi və ya pasport təqdim olunmalıdı.

 

Biletlərin satış nöqtələrini diqqətinizə çatdırırıq:

 

1. ASAN 1 (Həsən Əliyev küç.36)
2. ASAN 2 (Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə)
3. ASAN 3 (Abbas Mirzə Şərifzadə 157)
4. 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə)
5. Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə)
6. Köşk 1 (Sahil m. M.Rəsulzadə 3)
7. Köşk 2 (Bül-bül prospekti, Nizami küç.)
8. Köşk 3 (Üzeyir Hacıbəyov küç.69x)
9. Heydər Əliyev Sarayının kassası (Bülbül pr.35)

Xəbər xətti