U-16 Liqası: Medallar kimə qismət olacaq?

Sabah U-16 Liqasında 25-ci tur start götürəcək. 7 matçdan 6-ı ilk oyun gününə təyin olunub. Yalnız 1 matç cümə günü keçiriləcək. Sabahkı oyunlardan 3-nün nəticəsindən asılı olaraq gümüş və bürünc medalçıların adlarına aydınlıq gələ bilər. Gümüş medallara ən real namizəd «Sabah»dı. «Qarabağ»la məğlub olmayacağı təqdirdə sonuncu turda «Turan Tovuz»un qonağı olacaq «Sabah» böyük ölçüdə 2-ci yeri özünə təmin edəcək. Çünki məktəblilərin «Turan Tovuz»a məğlub olacağı mümkünsüz görünür.

 

Bürünc medallara gəlincə, «Keşlə» ən real namizəddi. «Neftçi» İK İB ilə sabahkı səfər matçında qələbə «Keşlə»ni ən azı 3-cü edəcək. Bu komanda sonuncu turda İsgəndər Cavadov BFA ilə qarşılaşacaq ki, həmin oyunda «Keşlə»nin qalib gəlməməsi mövsümün sensasiyası olar. Yox, «Keşlə» lökbatanlılarla matçda büdrəsə, pusquda «Neftçi» və «Zirə» dayanıb. 

 

11 aprel (cümə axşamı)

 

12:00 «Sabah» - «Qarabağ» 
(Binə qəsəbə stadionu)

 

13:00 «Neftçi» - «Qəbələ» 
(«Dalğa Arena»nın yardımçı meydanı)

 

13:30 ROİL – Gəncə TİM
(Aviasiya Akademiyasının stadionu)

 

14:00 İsgəndər Cavadov BFA – «Sumqayıt»
(Abşeron OİK-nin meydanı)

 

14:00 «Neftçi» İK İB – «Keşlə»
(Lökbatan OİK-nin meydanı)

 

15:00 «Səbail» - «Turan Tovuz»
(«Bayıl Arena»)

 

12 aprel (cümə)


14:00 «Viləş» - «Zirə»
(Masallı şəhəri, A.Banişevski adına stadion)

 

Maraq doğuracağını nəzərə alaraq, aprelin 18-də sonuncu – 26-cı turda da keçiriləcək oyunların siyahısını təqdim edirik: «Turan Tovuz» - «Sabah», «Qarabağ» - «Neftçi» İK İB, «Keşlə» - İsgəndər Cavadov BFA, «Sumqayıt» - «Viləş», «Zirə» - «Neftçi», «Qəbələ» - ROİL, Gəncə TİM – «Səbail».

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Nihad Kərimi («Qarabağ»), Ülvi Mədətov («Qəbələ»), Əbdüləli Qasımov (Gəncə TİM), Nihad Babayev («Səbail»).

 

Bombardirlər: Mehraç Baxışəliyev («Qəbələ») – 28 qol, Rauf Ağasənov («Səbail») – 26 qol, Vaqif Həsənov («Keşlə») – 21 qol.

 

«Het-trik news» qəzeti

 

Tarix: 10 Aprel [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio