"Zirə"nin futbolçusu üçün əlamətdar tur

“Zirə”nin futbolçusu İlkin Qırtımov komandanın heyətində ilk qolunu vurub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, müdafiəçi Topaz Premyer Liqasının XXIV turunun “Sumqayıt”la ev oyununda (2:0) rəqib qapısına yol tapıb. İlkin “qartallar”ın tarixinə Premyer Liqada qol sevinci yaşayan 33-cü futbolçu kimi düşüb. Ona qədər 32 oyunçu bunu bacarmışdı. Bu siyahıda ilk üç yerdə Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriç (8) qərarlaşıb.

 

Qeyd edək ki, “Zirə”də cari mövsümdə debüt edən Qırtımov qol hesabını Premyer Liqadakı 20-ci oyununda açıb.

Tarix: 15 Aprel [13:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2019
25  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio