"Ayaks"ın baş məşqçisi Turin zəfərindən danışdı: "Yuventus" qorxdu"

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə "Yuventus"u 2:1 hesabı ilə məğlub edən "Ayaks"ın baş məşqçisi Erik ten Haq fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis qələbəni şərh edib: "Məncə, "Ayaks", Hollandiya və oyunçular üçün unudulmaz gecə oldu. Çempionlar Liqasında favorit olan daha bir klubu mübarizədən kənarlaşdırdıq. Fəlsəfəmiz sərhədlərimizi aşmaqdır. Biz də bunu bacardıq".

 

Hollandiyalı mütəxəssis "Yuventus"un çəkindiyini deyib: "Madriddə olanlara görə "Yuventus"un bizdən qorxduğunu görürdük. Texniki cəhətdən güclü futbolçularımız var. Bu səbəbdən də bizi təzyiq altına salmaq çətin olur".

 

Ten Haq ev oyununda daha çox qol vurmalı olduqlarını deyib: "Yuventus"la matçlarımız "Real"la oyunlara bənzəyirdi. Amsterdamdakı ilk oyunda çox qol vurmalı idik. Qol şanslarını istifadə edə bilmirik. Oyunlarda məsələni daha erkən bitirə bilərik".

Tarix: 17 Aprel [10:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio