"Səbail"in futbolçusu dünya yığmasının heyətində

11:32 - 17 Aprel 2019

"Səbail" klubunun futbolçusu Maykl Essyen dah bir oyuna dəvət alıb.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu xeyriyyə matçında iştirak edəcək.  UNICEF-ə dəstək xarakterli görüş iyunun 16-da İngiltərənin "Çelsi" klubunun stadionu "Stemford Bric"də keçiriləcək.

 

Qanalı yarımmüdafiəçinin yer aldığı dünya yığmasında "Çelsi"də komanda yoldaşları olmuş Didye Droqba və Rikardo Karvalyo da olacaq. Rəqib İngiltərə əfsanələri komandasında isə Frenk Lempard, Co Koul kimi futbolçular yer alacaq.

 

Qeyd edək ki, Maykl Essyen mayın 18-də Afrika yığmasının heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı keçiriləcək görüşə də dəvə alıb.

Xəbər xətti