PSJ Fransa çempionu oldu

21:00 - 21 Aprel 2019

Fransa I Liqasında 2018/2019 mövsümünün qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, PSJ sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Parislilərin ən yaxın izləyicisi olan "Lill"in "Tuluza" ilə səfər oyununda (0:0) xal itirməsindən sonra paytaxt klubu çempion olub.

 

81 xalı olan PSJ "Lill"i 16 xal qabaqlayır.

 

Qeyd edək ki, PSJ son 7 ildə 6-cı, ümumilikdə 8-ci dəfə Fransa çempion olub. Fransa çempionatının ən çox qalibi olan klub "Sent Etyen"dir (10 dəfə).

Xəbər xətti