Mbappe açıqladı: “Real”la müqavilə imzalayır?

12:13 - 22 Aprel 2019

PSJ-nin futbolçusu Kilian Mbappe klubdakı gələcəyini müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, Fransa milli komandasının üzvü gələn mövsüm Paris klubunun uğurları üçün çalışacaq.

 

Gənc futbolçu gələn mövsüm İspaniyanın “Real” klubuna keçməyəcəyini açıqlayıb: “Real”? Parisdə qalacam və PSJ-nin proyekti ilə davam edəcəm. Zidanın geri dönməsi “Real” üçün yaxşı oldu. Mən onların oyunlarına hörmək etdiyim üçün baxıram”.

 

Qeyd edək ki, Mbappe PSJ-nin ən çox qazanan futbolçularından biridir.

Xəbər xətti