“Keşlə”– “Zirə” oyununun vaxtı dəyişdirildi

18:10 - 30 Aprel 2019

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçiriləcək "Keşlə" - "Zirə" matçının vaxtı dəyişdirilib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Keşlə” klubunun Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi məktubda matçın keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazıqlar səbəbindən görüşün başlanma saatının 20:00-dan 17:00-a keçirilməsi xahiş olunub.

 

Bütün bunları və “Zirə” klubunun razılığını rəhbər tutan PFL Topaz Premyer Liqasının XXVII turunun “Keşlə”– “Zirə” matçının başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.

Xəbər xətti