"Ayaks"ın baş məşqçisi London fəthindən danışdı: "Aslanlar kimi döyüşdük"

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edən "Ayaks"ın baş məşqçisi Erik ten Haq açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis finala daha yaxın tərəf olduqlarını deyib: "İlk hissədə yaxşı futbol nümayiş etdirdik. Düşünülmüş qola imza atdıq. Oyunun gedişində "Tottenhem" daha güclü oynamağa başladı. Ancaq biz də aslanlar kimi döyüşdük. Rəqib oyun sistemini təmiz dəyişdi. Biz də bunu gözləyirdik. Topa daha çox nəzarət etmək istədik və buna nail olduq. Ancaq ikinci hissədə çox hücumlara çıxmadıq. Bəzi səhvlərimiz oldu. Oyunun tempini aşağı salmaq lazım idi. Finala daha yaxın bizik. Amsterdamda bundan da yaxşı oynamalıyıq".

 

Cütün cavab oyunu mayın 8-də baş tutacaq.

Tarix: 1 May [11:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio