"Qarabağ"a ABŞ-dan təbrik

11:02 - 6 May 2019

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ağdamlıların 7-ci dəfə Azərbaycan Premyer Liqasını qazanması barədə təbrik statusu yazıb.

 

Sportal.az xəbər verir ki, albaniyalı futbolçu sosial şəbəkə hesabı vasitəsilə "Qarabağ"ın ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluq münasibətilə təbrik edib.

 

ABŞ-ın "Kosmos" komandasına keçən 36 yaşlı futbolçu Nyu-York küçələrində "Qarabağ"ın forması ilə çəkdirdiyi şəkli "İnstaqram" səhifəsində paylaşaraq, "Ardıcıl 6-cı dəfə çempionuq" yazıb.

 

Bundan əlavə, "Qarabağ"ın digər sabiq futbolçusu İbrahim Şehiç də uğura biganə qalmayıb. Bosniya və Herseqovina yığmasının qapıçısı Qurban Qurbanov və "Qarabağ"ın loqosunu paylaşaraq, sabiq komandasının 2014-cü ildən bu yana çempion olduğunu xatırladıb.

 

Qeyd edək ki, Aqolli 2010-2019, Şehiç isə 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbər xətti