Spallettinin əvəzinə Antonio Konte

15:58 - 13 May 2019

Luçano Spalletti ilə mövsümün sonunda yolları ayırmağı planlaşdıran İtaliyanın "İnter" klubu yeni baş məşqçisini müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi ötən mövsüm "Çelsi"dən ayrıldıqdan sonra işsiz qalan Antonio Konte ilə böyük ölçüdə anlaşıb. 49 yaşlı mütəxəssisin 3 illik müqaviləyə müsbət cavab verib. Təyinat rəsmiləşsə, Kontenin illik maaşı 9 milyon avro olacaq.

 

Spalletti 2017-ci ildən "İnter"i çalışdırır.

Xəbər xətti