Vüqar Nadirova mükafatı Nikola Yurçeviç təqdim etdi

AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "ASCO Arena"da keçirilən final qarşılaşmasında Qusarın “Sahdağ” və Sumqayıtın “Uğur” komandaları qarşılaşıb.

 

Rəqibini 2:0 hesabı ilə məğlub edən “Uğur” ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İçtimai Birliyinin prezidenti İskəndər Cavadov, İK-nın üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Azərbaycan milli komandasının baş məqçisi Nikola Yurçeviç təqdim ediblər.

 

Vüqar Nadirov Region Liqasının 2018/2019-cu il mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.

 

Tarix: 14 May [00:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio