"Liverpul" Almaniya millisinin üzvünü transfer edir

18:25 - 14 May 2019

İngiltərənin "Liverpul" klubu yay transfer fəaliyyətinə başlayıb.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızılar" Almaniyanın "Bayer" klubunda forma geyinən Yulian Brandtı transfer etmək istəyir. "Liverpul" 23 yaşlı vingerin 25 milyon avroluq sərbəst qalma qiymətini ödəmək fikrindədir. Bundan əlavə, komandanın baş məşqçisi Yurgen Kloppun da bu transferə razılıq verdiyi iddia edilib.

 

Brandla Dortmund "Borussiya"sı da maraqlanır.

 

Almaniya millsinin üzvü 2014-cü ildə "Volfsburq"un U-19 komandasından "Bayer"ə keçib. Brandt keçirdiyi 214 oyunda 41 qol vurub.

Xəbər xətti