Rumıniya klubu Meza Kollini göndərir - Azərbaycana qayıdır?

Azərbaycanda uğurlu karyera yaşamış Sezar Meza Kollinin Rumıniya çempionatında işləri qaydasında getmir.

 

Sportal.az fanatik.ro-ya istinadən xəbər verir ki, 27 yaşlı hücumameyilli futbolçu "Universitetya" klubunda daimi heyət üzvü deyil. Krayova təmsilçisinin Korneliu Papure paraqvaylı oyunçu ilə kabo-verdeli yarımmüdafiəçi Nunu Roşanı əvəzedici komandaya göndərib.

 

Nəşrin məlumatına görə, klub hər iki futbolçunun sözləşməsinə xitam verməyə çalışır.

 

Meza Kolli 2018-ci ilin yayında Azərbaycan təmsilçisi "Keşlə"dən transfer edilib və 3 illik müqavilə imzalanıb. Daha çox zədələrlər mübarizə aparan paraqvaylı futbolçu gözləntilərin altında qalıb.

 

Sezar Meza Kolli 2013-2016-cı illərdə "İnter" ("Keşlə"), 2016-2017-ci illərdə isə "Zirə"də çıxış edib. 2018-ci ilin yanvarında "Keşlə"yə transfer olan futbolçu Azərbaycan kubokunun qalibi olub və yayda klubu tərk edib.

Tarix: 15 May [10:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio