"Neftçi"nin qovduğu futbolçu Xorvatiya millisinə dəvət aldı

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Xorvatiya millisinin Uels və Tunislə yoxlama görüşü üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 32 futbolçuya dəvət yollayıb. Yığmaya dəvət alanlar arasında Türkiyənin "Rizəspor" klubunun müdafəçisi Dario Melnyak da var. 26 yaşlı futbolçu ilk dəfə milliyə çağırılıb.

 

"Neftçi" Melnyakı  2016-cı ilin yayında Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi.

Tarix: 20 May [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Avqust 2019
16  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio