Radamel Falkao "Atletiko"ya qayıdır

17:53 - 28 May 2019

"Monako"dan ayrılmağa qərar verən Radamel Falkao sabiq klubu "Atletiko"ya qayıtmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, Madrid klubu kolumbiyalı forvardı geri qaytarmaq istəyir. Çindən fantastik təkliflər alan 33 yaşlı hücumçu Çempionlar Liqasında oynamaq istəyir. Madridlilər bu keçid üçün 12 milyon avro xərcləyəcək.

 

Falkao 2011-2013-cü illərdə "Atletiko"da keçirdiyi 91 oyuna 70 qol vurub, 9 assist edib.

Xəbər xətti