İnzagi daha iki il "Latsio"da

14:26 - 6 İyun 2019

"Latsio" baş məşqçisi Simeone İnzagi ilə müqavilə müddətini uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

 

İnzagi 2016-cı ildən "Latsio"nu çalışdırır. Paytaxt klubu onun rəhbərliyi altında ötən mövsüm İtaliya kubokunu qazanıb.

Xəbər xətti