Buffon "Parma"ya qayıdır?

15:49 - 11 İyun 2019

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Parma"ya qayıda bilər.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "Parma" 41 yaşlı qolkiperə təklif göndərib. Daha bir mövsüm oynamaq istəyən təcrübəli qolkiper bu təklif müsbət yanaşır.

 

Klub rəsmiləri Buffonla görüşüb və ilkin danışıqlar baş tutub.

 

Buffon 13 yaşında "Parma"nın akademiyasına qoşulub. İtaliya millisinin sabiq üzvü 2002-ci ildə 52,8 milyon avroya "Yuventus"a keçmişdi.

Xəbər xətti