İlkay Gündoğan "Mançester Siti"dəki gələcəyindən danışdı

"Mançester Siti"nin Türkiyə əslli almaniyalı futbolçusu İlkay Gündoğan gələcək karyerası ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi klubla müqaviləni uzatmaq üçün danışıqlara başlayacağını deyib:

 

"Mançester Siti" ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayacağıq. Əlbəttə, müqaviləni uzatmaq istəyirəm. Burdan ayrılmaq istədiyimi dəqiq deyə bilmərəm. Klub da qalmağımı istəyir".

 

Gündoğanın "şəhərlərlilər" müqaviləsi 2020-ci ilin yayında başa çatır. O, ötən mövsüm 50 oyuna 6 qol vurub, 8 assist edib.

Tarix: 12 İyun [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyun 2019
16  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio