Mats Hummels "Borussiya"ya qayıdır

15:52 - 16 İyun 2019

Almaniyanın "Bayern" klubunda çıxış edən Mats Hummelsin sabiq klubu "Borussiya"ya qayıtmaq ehtimalı yaranıb.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Niko Kovaç 30 yaşlı müdafiəçinin ayrılmasına qarşı deyil. Məlumata görə, klublar transferi bitirmək üçün görüşür.

 

Bu keçidin Dortmund təmsilçisinə 20-30 milyon avroya başa gələcəyi gözlənilir.

 

Hummels 2009-cu ildə "Bayern"dən "Borussiya"ya 4 milyon avroya transfer olmuşdu. 2016-cı ildə Münhen təmsilçisi almaniyalı futbolçunu 35 milyon avro qarşılığında geri qaytarmışdı.

Xəbər xətti