Müller Çin klubunun fantastik təklifini rədd etdi

13:31 - 17 İyun 2019

Almaniyanın "Bayern" klubunda forma geyinən Tomas Müller Çindən fantastik transfer təklif alıb.

 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Çin klublarından biri 29 yaşlı hücumçuya illik 25 milyon avroluq maaş təklif edib. Xəbərdə Müllerin təklifi rədd etdiyi qeyd edilib. 29 yaşlı futbolçu Çində oynamağın hələ tez olduğunu düşünür.

 

Almaniyalı futbolçunun Münhen klubu ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Müller ötən mövsüm 45 oyuna 9 qol vurub, 16 assist edib.

Xəbər xətti