Qurban Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Ağdam klubu bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

 

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümkü komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər.  Həddindən artıq ciddi və diqqətli olmalıyıq".

Tarix: 18 İyun [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2019
16  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio