"Sabah"dan 2000 manatlıq müsabiqə

12:04 - 20 İyun 2019

“Sabah” Futbol Klubu rəsmi maskotunun hazırlanması üçün müsabiqə elan edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, təklif edilən maskot aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

 

- “Sabah” Futbol Klubunun dəyərlərini əks etdirməlidir;
- “Sabah” Futbol Klubunun rəsmi rəngləri (göy, ağ) əks olunmalıdır;
- Daha öncə Azərbaycanda və xaricdə heç bir qurum tərəfindən istifadə olunmamalıdır;
- Göndərilmiş eskizdə maskotun adı, izahı və görünüşü tam əks olunmalıdır;

 

Müsabiqə 30 iyul 2019-cu il tarixinə kimi keçərlidir. Qalibə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.

 

Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatları təklif etdikləri eskizlə birlikdə [email protected] ünvanına “MASKOT” başlığı ilə göndərə bilərlər.

Xəbər xətti