"Yuventus" de Liqtin transferini bitirdi - imza günü bəllidir

18:00 - 11 İyul 2019

"Yuventus" "Ayaks"ın kapitanı Matteis de Liqtin transferini həll edib.

 

Sportal.az "De Telegraaf"a istinadən xəbər verir ki, Turin təmsilçisi 19 yaşlı müdafiəçinin keçidi üçün 75 milyon avrosundan keçib. Hollandiyalı futbolçuyla 5 illik müqavilə imzalanacaq. Gənc oyunçunun illik maaşı 12 milyon avro olacaq.

 

"Yuventus" yaxın 48 saat ərzində transferi rəsmən açıqlayacaq. İyulun 13-də de Liqtin imza günü təşkil olunacaq.

 

16 yaşında "Ayaks"da peşəkar karyeraya başlayan Hollandiya millisinin üzvü ötən mövsüm 55 oyuna 7 qol vurub, 4 assist edib.

Xəbər xətti