"Fənərbaxça"nın şimali makedoniyalı yarımmüdafiəçisi Elif Elmas karyerasını İtaliyanın "Napoli" klubunda davam etdirəcək.
Sportal.az "Sportmediaset"ə istinadən xəbər verir ki, bu keçid üçün neapollular 20 milyon avrosundan keçib. 19 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Şimali Makedoniya yığmasının üzvü illik 1 milyon avro maaş alacaq.
Futbolçunun agenti Leonardo Korsi açıqlamasında transferin tamamlandığını deyib.
"Rabotniçki"nin yetirməsi 2017-ci ildən "Fənərbaxça"da çıxış edirdi.
saytlarin hazirlanmasi