Radamel Falkao "Qalatasaray"dan imtina etdi

13:55 - 2 Avqust 2019

"Monako"nun hücumçusu Radamel Falkao Türkiyənin "Qalatasaray" klubunun təklifini qəbul etməyib.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, Kolumbiya millisinin üzvü daha 6 ay Fransa klubunda oynamaq və qış fasiləsində Çinə transfer olmağı planlaşdırır.

 

Kolumbiyanın "Marca Claro" nəşri də 33 yaşlı hücumçunun İstanbul təmsilçisinidən imtina etdiyini yazıb: "Ailəsini düşünən Falkao Türkiyədə yaşayaraq, dil və mədəniyyət anlamında böyük dəyişiklik etmək istəmədiyi üçün "Qalatasaray"dan imtina etdi".

 

"Sarı-qırmızılar" təcrübəli hücumçuya 3 illik müqavilə təklif etmişdi. Transfer reallaşsaydı, oyunçunun illik maaşı 6 milyon avrodan çox olacaqdı.

 

Falkao "Monako"da vergilər xaric illik maaş 8,5 milyon avrodur. Təcrübəli forvardın "knyazlıq klubu" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

 

"Monako" Falkaonu 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.

Xəbər xətti