"Liverpul" 35 yaşlı qapıçını transfer etdi

"Liverpul" yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Alisson Bekerin 1-2 aylıq sıradan çıxmasına görə, "qırmızılar" yeni qapıçı alıb. Klub saytının məlumatına görə, "Midlzbro"dan ayrılan 35 yaşlı qapıçı Endi Lonerqanla 1 illik müqavilə imzalanıb.

 

"Liverpul"da Alissonun yoxluğunda əsas qapıçı ispaniyalı Adrian olacaq. Lonerqan isə onun əvəzləyicisi olacaq.

 

Lonerqan "Preston", "Lids", "Bolton", "Fulhem" və "Vulverhempton" kimi klublarda çıxış edib.

Tarix: 13 Avqust [13:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio