"Mançester Yunayted"in futbolçusundan "Qarabağ"a vurulan qola reaksiya - FOTO

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" evdə ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi APOEL-ə uduzaraq (0:2) mübarizəni dayandırdı.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada APOEL-i pley-off mərhələsinə yüksəldən qolu Niksosiya təmsilçisinin yarımmüdafiəçisi Uroş Matiç imza atıb.

 

29 yaşlı serbiyalı yarımmüdafiəçi "Mançester Yunayted"in ulduz futbolçusu Nemanya Matiçin kiçik qardaşıdır. Serbiya yığmasının üzvü "Qarabağ"a qol vuran futbolçunu "instagram" hesabında təbrik edib. "Səninlə fəxr edirəm, qardaşım", sözlərini yazan 31 yaşlı futbolçu hekayə bölməsində paylaşım edib.

 

APOEL Matiçi "Kopenhagen"dən icarəyə götürüb.

 

Tarix: 14 Avqust [01:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2019
22  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio