Fransa – Azərbaycan oyununun vaxtı açıqlandı

11:02 - 14 Avqust 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millinin Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee” stadionunda qarşılaşacaq.

 

Görüş yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.

Xəbər xətti