"Real"da Eden Hazard şoku

"Real"ın yayda "Çelsi"dən 100 milyon avroya transfer etdiyi Eden Hazard zədələnib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, belçikalı ulduz bir neçə həftə komandasına kömək edə bilməyəcək. Klub saytı 28 yaşlı yarımmüdafiəçinin məşqdə sol budunun ön əzələsindən zədələndiyini açıqlayıb.

 

Hazard La Liqanın ilk turunda "Real"ın "Selta"ya qarşı keçirəcəyi matçı buraxacaq. Onun Madrid klubuna daha bir neçə oyun kömək etməyəcəyi və AÇ-2020-nin seçmə mərhələ görüşləri üçün Belçika yığmasına dəvət almayacağı gözlənilir.

Tarix: 17 Avqust [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio