Maurisio Poçettino: "VAR-a aşiqəm"

İngiltərə Premyer Liqasının 2-ci turunda səfərdə "Mançester Siti" ilə 2:2 hesablı heç-heçə edən "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis meydan sahiblərinin son saniyələrdə vurduğu qolun VAR-ın qərarından sonra ləğv edilməsi barədə danışıb:

 

"VAR-a aşiqəm. Bu sistemi qəbul etməliyik. Daha öncə tənqid etmişdim, amma qəbul etmək lazımdır. İndi bizə də faydası oldu. Şübhəsiz ki, başqa oyunlarda biz də VAR-ın qərarlarına üzüləcəyik. Ancaq bu, qəbul edilməli olan qaydalardır. Hesabdan razı qaldım, ancaq oyunumuzu inkişaf etdirməliyik".

Tarix: 18 Avqust [15:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio