Bas Dost "Sportinq"i Bundesliqa klubuna dəyişdi

18:36 - 18 Avqust 2019

Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Bas Dost karyerasını Almaniyanın "Ayntraxt" klubunda davam etdirəcək.

 

Sportal.az Bundesliqa klubunun saytına istinadən xəbər verir ki, tərəflər transfer bütün şərtlərində anlaşıb. 30 yaşlı forvard müqavilə bağlamaq üçün Frankfurta yollanıb.

 

"A Bola" nəşri "Ayntraxt"ın bu keçid üçün 9 milyon avro təzminat ödədiyini deyib.

 

Bas Dort 2012-2016-cı illərdə Bundesliqada "Volfsburq"un heyətində çıxış edib və 85 oyuna 36 qol vurub. Hollandiya millisinin üzvü 2016-cı ildə "Sportinq"ə 12 milyon avro qarşılığında keçmişdi. Dost Lissabon klubunda 86 oyuna 76 qol vurub.

Xəbər xətti