Cəfərquliyevin ilk, Hüseynovun 300-cü oyunu

16:05 - 19 Avqust 2019

Premyer Liqanın ilk turunda keçirilən “Qəbələ” – “Sumqayıt” qarşılaşması (0:2) qonaqların bəzi futbolçuları üçün əlamətdar olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, gənc futbolçu Elvin Cəfərquliyev Premyer Liqada debüt oyununa çıxıb. 2000-ci il təvəllüdlü futbolçu 67 dəqiqə meydanda olub.


Bundan başqa, qeyd edilən qarşılaşma kapitan Vurğun Hüseynovun Azərbaycan Premyer Liqasında keçirdiyi 300-cü oyun olub. 2005/06 mövsümündə ilk oyununu “Turan”ın heyətində keçirən Hüseynov həmin klubda meydana çıxdığı 82 qarşılaşmada 3 dəfə rəqib torlarını silkələyib. Vurğun daha sonra çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. 2013/14 mövsümündən isə "Sumqayıt"ın uğurları üçün çalışan kapitan keçirdiyi 153 qarşılaşmada 1 qol vurub.

 

Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu olub.

 

Xəbər xətti