Millinin baş məşqçisi: "Bu iki oyundan maksimum istifadə etməliyik"

12:07 - 21 Avqust 2019

Avqustun 15-dən Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası hazırlığını plan üzrə davam etdirir.

 

Sportal.az xəbər verir ki, milli komandanın baş məşqçisi Joze Alesio da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib. Braziliyalı mütəxəssis, yoxlama oyunundakı rəqibin güclü olduğunu, görüşlərin çətin keçəcəyini vurğulayıb:

 

“Həqiqətən də, çətin oyunlar olacaq. Mövsüm hələ başlamayıb, oyunçular məşqlərə bir müddət əvvəl start verib. Belarus istənilən komanda üçün çətin rəqibdir. Bu iki oyun bizim üçün dünya çempionatının seçmə oyunlarına hazırlıq baxımından vacibdir. Düzdür, sentyabrda daha bir toplanışımız olacaq və daha güclü rəqiblərlə birgə turnirdə iştirak edəcəyik. Ona qədər bu iki oyundan maksimum istifadə etməliyik”.

 

Avqustun 24-dək Bakıda hazırlaşacaq milli komanda ertəsi gün Minskə yola düşəcək. Belarusla oyunlar isə avqustun 26-da və 28-də keçiriləcək. İlk matç Belarusun paytaxtı Minskdə, digər qarşılaşma isə Borisov şəhərində olacaq.

Xəbər xətti