Qurban Qurbanov: "Meydanda ən düzgün olanı etməyə çalışacağıq"

22:22 - 21 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Şimali İrlandiyanın "Linfild" klubunun qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib, cəzalı və zədəli futbolçulardan bəhs edib:

 

"Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".

Xəbər xətti