"Neftçi"nin uduzduğu oyunda yubileylər

Azərbaycan Premyer Liqasının II turunun “Zirə” ilə oyunu “Neftçi”nin dörd futbolçusu üçün yubileylə əlamətdar olub.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı görüşdə 4 oyunçu 6 yubiley qeyd edib. Rəhman Hacıyev “Neftçi”də ümumilikdə 150-ci matçını keçirib. O, Premyer Liqada 117, kubokda 21, avrokuboklarda 12 dəfə “ağ-qaralar”ın formasını geyinib.

 

Namiq Ələsgərov isə paytaxt təmsilçisində 75-ci oyununa çıxıb. Yarımmüdafiəçi çempionatda 63, kubokda 7, avrokuboklarda 5 dəfə şans qazanıb.

 

Emin Mahmudovla Anton Krivotsyuk Azərbaycan Premyer Liqasında 50-ci oyunlarını keçirib. Hər iki futbolçu çempionatda yalnız bir komandada çıxış edib. Beləliklə, onlar həm də “Neftçi”də 50-ci çempionat matçında iştirak ediblər.

 

Yubileylərlə zəngin olan matçda “Neftçi” 0:1 hesabı ilə uduzub.

 

Tarix: 27 Avqust [11:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio