Azərbaycanlı futbolçu "Spartak"a gözəl qol vurdu - VİDEO

11:43 - 1 Sentyabr 2019

Rusiya I Divizionunda 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” evdə Moskva “Spartak”ının ikinci komandasına 1:0 hesabı ilə qalib gəlib.

 

Kamran 46-cı meydana çıxıb və 70-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub. 20 yaşlı hücumçu cari mövsüm 5 qol vurub.

 

“Ximki” 11 turdan sonra 27 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti