Asmir Beqoviçin "Qarabağ"da ilk seçimi

11:04 - 4 Sentyabr 2019

"Qarabağ"ın İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan icarəyə götürdüyü Asmir Beqoviçin forma nömrəsi müəyyənləşib.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı Ağdam təmsilçisində 1 nömrəli formada çıxış edəcək.

 

"Qarabağ" 32 yaşlı qolkiperlə dörd aylıq icarə müqaviləsi bağlayıb.

Xəbər xətti