Maradona Argentina klubunun baş məşqçisi təyin edildi

17:56 - 6 Sentyabr 2019

Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın yenii ş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis ölkəsinin yüksək liqa təmsilçi "Ximnasiya" klubunu çalışdıracaq. Maradona ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

"Ximnasiya" beş turdan sonra bir xal toplayıb və sonuncu - 24-cü yerdə qərarlaşıb.

Xəbər xətti