"Liverpul" van Daykla müqaviləni yeniləyir

14:01 - 8 Sentyabr 2019

"Liverpul" hollandiyalı futbolçusu Vircil van Daykla müqavilə müddətini uzadacaq.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızılar" 27 yaşlı mərkəz müdafiəçisi ilə 6 illik müqavilə bağlayacaq. Hollandiya millisinin üzvünün həftəlik maaşı 125 mini funt-sterlinqdən 200 minə qaldırılacaq.

 

Van Dayk Avropada ilin ən yaxşı futbolçusu seçilib.

 

"Liverpul" van Daykı 2018-ci ildə "Sauthempton"dan 85 milyon avroya transfer etmişdi.

Xəbər xətti