Nikola Vlaşiç: "Azərbaycanı Slovakiyadakı oyun tərzi ilə məğlub etməyəcəyik"

11:28 - 9 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya millisinin üzvü Nikola Vlaşiç "Sportske Novosti"yə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Rusiyanın ÇSKA klubunun hücumçusu Azərbaycanla oyun barədə də danışıb:

 

"Slovakiyaya 4:0 hesabı ilə qalib gəldik. Hər kəs belə davam etməyimizi istəyəcək. Ancaq bizi indi tamamilə fərqli tərzdə oynayan ciddi rəqib gözləyir. Təbii ki, Azərbaycan öz hissəsində daha qapalı, kompakt, müdafiədən oynayacaq. Belə rəqibə Trnavada mübarizə aparan komanda ilə müqayisə etmək mümkün deyil. Qeyri-adi nəsə baş verməsə, Azərbaycanı Slovakiyadakı oyun tərzi ilə məğlub etməyəcəyik. Əsas məsələ qələbə qazanmaq, sentyabrdakı oyunlardan 6 xal götürmək və Avropa çempionatına daha da yaxınlaşmaqdır".

Xəbər xətti