Azərbaycanla oyundan öncə Xorvatiyanın 8 futbolçusu virusa yoluxub - həkimdən açıqlama

12:25 - 11 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə edən Xorvatiya yığmasının 8 futbolçusunun oyundan öncə virusa yoluxduğu aşkarlanıb.

 

Sportal.az 24sata.hr saytına istinadən xəbər verir ki, bu barədə Xorvatiya milli komandasının həkimi Zoran Bahtiyareviç açıqlama verib. Həkim komandanın istənilən kimi çıxış etməməsinin səbəbini virusla əlaqələndirib:

 

"Virusa yoluxan səkkiz futbolçudan yeddisi start heyətində meydana çıxmışdı. Baş məşqçimiz Daliç təvazökarlığından bu barədə heç nə demədi. O, xal itkisinə bəhanə gətirmək istəmədi.

 

Bu virus bədənə ciddi təsir edir və gücü tamamilə azaldır. Biz futbolçulara maksimum kömək etməyə çalışdıq. Hətta matçdan əvvəl baş hakimə dedim ki, qarşılaşma zamanı oyunçulardan hansısa ayaqyoluna gedə bilər.

 

Əvvəlcədən xəbərdarlıq etdim ki, buna təəccüblənməsin və belə hal baş versə, futbolçunu cəzalandırmasın. Amma buna ehtiyac duyulmadı.

 

Virus futbolçulardan birinə düşüb və ondan digərlərinə keçib. Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi. Çünki bizim öz aşpazımız var və əla bir oteldə qalırdıq. Sadəcə, bu problemi biləndə oyuna çox az vaxt qalımışdı. Təəsüf ki, araşdırmaq üçün gec idi".

Xəbər xətti